Türk dövlətləri arasında gömrük sazişi imzalanacaq
Biznes
- 16 sentyabr, 2022
- 08:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Biz gömrükdə keçidin sadələşdirilməsi ilə bağlı saziş imzalamaq üzrəyik".
"Report" xəbər verir ki, bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib.
"Bu sənəd gömrük işlərini asanlaşdıracaq, ona görə də çox vacib sənəddir", - deyə o, qeyd edib.
Bundan başqa, qonağın sözlərinə görə, türk ölkələri arasında Azad Ticarət Rejiminin yaradılmasına hazırlıq gedir: "Hazırda buna çalışırıq. Avropa İttifaqı bu prosesdən uzun illər əvvəl keçib. Əminəm ki, biz də buna gələcəkdə nail olacağıq", - deyə B.Amreyev əlavə edib.
Son xəbərlər
12:09
Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur
Milli Məclis
12:08
Azərbaycan hibrid iş modelinin tətbiqinə hazırlaşır
Biznes
12:04
"Xankəndi" futbol komandasının doğma şəhərinə köçürülməsi planlaşdırılır
Futbol
12:02
Hesablama Palatası "yaşıl büdcə" mexanizminin tətbiqini tövsiyə edib
Maliyyə
11:59
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11 % artıb
Biznes
11:58
Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Maliyyə
11:57
Naxçıvanda vergi daxilolmaları 11 % artıb
Maliyyə
11:55
Nazir müavini: "Qeyri-neft-qaz sektorunun artımı müəyyən edilmiş hədəfi üstələyir"
Maliyyə
11:52
Foto
Azərbaycan Bolqarıstanla qaz sahəsində əməkdaşlığı müzakirə edib
Energetika