“Türkcell” səhmdarlarına 840 mln. dollar dividend ödəyəcək

“Türkcell” səhmdarlarına 840 mln. dollar dividend ödəyəcək Bu xəbər şirkətin səhmlərini bahalaşdırıb
Biznes
25 May , 2017 14:19
“Türkcell” səhmdarlarına 840 mln. dollar dividend ödəyəcək

Bakı. 25 may. REPORT.AZ/ Bu gün “Türkcell” şirkətinin ümumi iclası keçirilib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda şirkətin ötənilki mənfəətindən 3 mlrd. türk lirəsi (təqribən 843 mln. ABŞ dolları) məbləğində dividendin səhmdarlara ödənilməsi barədə qərar qəbul edilib.

Ödənişlər 3 mərhələdə - iyunun 15-də, sentyabrın 15-də və dekabrın 15-də həyata keçiriləcək. Bununla bağlı xəbər yayıldıqdan sonra İstanbul birjasında (“Borsa İstanbul”) şirkətin səhmləri 0,59 lirə və yaxud 0,52% bahalaşaraq 12,02 lirəyə çatıb.

Xatırladaq ki, “Türkcell”in səhmlərinin 51%-i “Turkcell Holding”ə məxsusdur.

Son xəbərlər

Orphus sistemi