Türk dövlətlərinin ortaq brendləri yaradılacaq

Türk dövlətlərinin ortaq brendləri yaradılacaq Bu il noyabrın 7-9-da İstanbulda keçiriləcək Türk Ticarət Sərgisində türk dövlətlərinin ortaq brendləri yaradılacaq.
Biznes
5 Sentyabr , 2024 12:25
Türk dövlətlərinin ortaq brendləri yaradılacaq

Bu il noyabrın 7-9-da İstanbulda keçiriləcək Türk Ticarət Sərgisində türk dövlətlərinin ortaq brendləri yaradılacaq.

"Report" xəbər verir ki, bunu sərginin təqdimat konfransında təşkilatçı qurumun - Türk Dövlətləri Ticarət Yatırım İş Birliyinin nümayəndəsi Aygün Əliyeva bildirib.

"Bu sərgi hər il keçirilir. Əsas məqsəd türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, iş adamları arasında əməkdaşlığın genişləndirilməsidir. Sərgidə 20-dən çox sahədə məhsul və yeni texnologiyalar nümayiş etdiriləcək, ölkələrin investisiya imkanları, mühüm sektorlar, sahibkarların problemləri, onların həlli üçün təklifləri və digər aktual məsələlər müzakirə olunacaq. Azərbaycanla türk dövlətləri arasında ticarət əlaqələrinin artmasına töhfə verməliyik. 178 milyon əhalisi və 1,9 trilyon ABŞ dolları dəyərində iqtisadi gücü (ümumi daxili məhsul) olan türk dövlətləri zəngin təbii sərvətləri və Orta Dəhliz adlanan strateji ticarət yolu üzərində yerləşməsi ilə böyük imkanlar təqdim edir. Özəl sektor nümayəndələri prosesdən kənarda qalmamalı və qarşılıqlı investisiyaları, əməkdaşlığı genişləndirməlidir",- deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi