“Toyota” Çindəki partlayışdan sonra fəaliyyətini bərpa edib

“Toyota” Çindəki partlayışdan sonra fəaliyyətini bərpa edib Tianjin zavodunda şirkətin 12 min əməkdaşı çalışır və hər il burada 440 min avtomobil istehsal olunur
Biznes
30 Avqust , 2015 07:50
“Toyota” Çindəki partlayışdan sonra fəaliyyətini bərpa edib

Баку. 30 августа. REPORT.AZ/ “Toyota” Çinin Tianjin əyalətində baş verən partlayışdan sonra fəaliyyətini bərpa edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 67 əməkdaşının yaralanması şirkətin fəaliyyətini müvəqqəti dayandırmasına səbəb olmuşdu.

Qeyd edək ki, Tianjin zavodunda şirkətin 12 min əməkdaşı çalışır və hər il burada 440 min avtomobil istehsal olunur.

Son xəbərlər

Orphus sistemi