“Toyota” Avropada və Azərbaycanda loqosunu dəyişib

“Toyota” Avropada və Azərbaycanda loqosunu dəyişib Bununla yanaşı mətnlərdə “Toyota”nın yazı şriftləri də dəyişdirilir
Biznes
21 İyul , 2020 17:00
“Toyota” Avropada və Azərbaycanda loqosunu dəyişib

“Toyota Avropa” “Toyota” brend loqosunu dəyişmək qərarına gəlib.

“Report” xəbər verir ki, ötən gün bununla bağlı keçirilən təqdimatda məlumat verilib.

Dəyişikliyə əsasən, yeni loqoda iki rəng yer alacaq və əvvəllər bannerlərdə mövcud olan “Toyota” sözü daha yazılmayacaq. Bununla yanaşı, mətnlərdə “Toyota”nın yazı şriftləri də dəyişdirilir və bu yaxınlarda onun da tətbiqinə başlanacaq.

“Toyota Bakı Mərkəzi”nin PR meneceri Eldəniz Cəfərov “Report”a açıqlamasında qeyd edib ki, təmsil etdiyi şirkətin qəbul etdiyi qərar Azərbaycan üçün də qüvvədə olacaq:

“Toyota” belə bir qərara gəlib ki, bu brend Avropada çox yaxşı tanınır və sadəcə loqonun olması onun tanınmasına kifayət edir. Bu gələcəyə hesablanmış bir loqodur və onun indi təqdim olunması o deməkdir ki, artıq “Toyota”nın yeni erası başlayıb. Bu daha çox hərəkətlilik, rəqəmsal texnologiyaları və inkişafı özündə əks etdirən, simvolizə edən loqodur. Yeni rebrend loqosunun 3D dizaynından 2D dizaynına keçməsi isə rəqəmsal dünyaya daha sadə uyğunlaşmanı göstərir. Bütün bunlar isə şirkətin 2025-ci il üzrə müəyyən edilmiş yeni strategiyasına uyğun həyata keçirilir.

Onu qeyd edim ki, “Toyota”nın loqosu yalnız Avropa qitəsində dəyişdirilir və Azərbaycan da Avropanın bir parçası olduğu üçün ölkəmizdə də həmin dəyişiklik olacaq. Digər qitələrdə hələ ki, bu loqo dəyişməz olaraq qalır”.

Son xəbərlər

Orphus sistemi