“Ticarətə Hazır” layihəsinin II mərhələsinin ilk təlimi baş tutub

“Ticarətə Hazır” layihəsinin II mərhələsinin ilk təlimi baş tutub “Ticarətə Hazır” layihəsinin II mərhələsinin ilk təlimi baş tutub
Biznes
5 Avqust , 2020 11:13
“Ticarətə Hazır” layihəsinin II mərhələsinin ilk təlimi baş tutub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azexport.az portalı Beynəlxalq Ticarət Mərkəzi (ITC - International Trade Center) ilə birlikdə “Ticarətə Hazır” layihəsi çərçivəsində “e-Logistcs” mövzusunda ilk təlimi həyata keçirib.

Bu barədə "Report"a İİTKM-dan bildirilib.

Məlumata görə, Sinqapur Loqistika Assosasiyasının idarə heyətinin üzvü, ASEAN-nın və digər nüfuzlu qurumların nümayəndəsi olan EE Khong Kie, Max -ın təqdimatında həyata keçirilən təlimdə ümumilikdə 100 dən artıq şəxs iştirak edib. Təlimin ilk günündə iştirakçılara loqistika əməliyyatları, loqistika infkrastrukturu, COVİD-19 dövründə loqistikanın təşkili, həmçinin, beynəlxalq loqistikanın sinifləndirilməsinə dair ilkin məlumatlar təqdim olunmuşdur. Layihənin növbəti təlimləri 7,11,14 avqust tarixlərində baş tutacaq.

“ZOOM” tətbiqi vasitəsi ilə ingilis dilində keçirilən və Azərbaycan dilinə tərcümə olunan təlimin sonunda 70%-dən yüksək iştirak göstəricisi olan şəxslər “QR” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikatla təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi