“Ticarətə Hazır: Elektron Ticarət” layihəsinin iştirakçılarına onlayn sertifikatlar təqdim edilib

“Ticarətə Hazır: Elektron Ticarət” layihəsinin iştirakçılarına onlayn sertifikatlar təqdim edilib Təlimlər 15 iyun – 6 iyul tarixlərində keçirilib
Biznes
9 İyul , 2020 16:25
“Ticarətə Hazır: Elektron Ticarət” layihəsinin iştirakçılarına onlayn sertifikatlar təqdim edilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının ITC (İnternational Trade Center) ilə birlikdə “Ticarətə Hazır: Elektron Ticarət” layihəsi çərçivəsində 15 iyun – 6 iyul tarixlərində keçirilən təlimləri yekunlaşıb.

Bu barədə "Report" İİTKM-ə istinadən xəbər verir.

“Zoom” tətbiqi vasitəsilə onlayn olaraq həyata keçirilən təlimə 80-dək sahibkar qatılıb. Təlimlərdə 70 faizdən artıq iştirak göstəricisi olan 18 iştirakçıya “QR kod” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikat verilib.

Qeyd edək ki, təlimlər İTC-nin “e-commerce” üzrə ekspertləri Mohamed Es Fih, Eldar Adilzadə və "Azexport.az" portalının meneceri Ayxan Qədəşov tərəfindən ingilis dilində təşkil olunub.

Son xəbərlər

Orphus sistemi