Ticarət və Sənaye Palatasında ​“Jetro” təşkilatının nümayəndələri ilə görüş keçirilib

Ticarət və Sənaye Palatasında ​“Jetro” təşkilatının nümayəndələri ilə görüş keçirilib Palatanın prezidenti Yaponiyanın "Jetro" Xarici Ticarət Təşkilatının nümayəndə heyətini qəbul edib
Biznes
1 İyul , 2015 14:37
Ticarət və Sənaye Palatasında ​“Jetro” təşkilatının nümayəndələri ilə görüş keçirilib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə və vitse-prezidenti Nazim Tatliyev Yaponiyanın "Jetro" Xarici Ticarət Təşkilatının nümayəndə heyətini qəbul ediblər.

“Report” Ticarət və Sənaye Palatasına istinadən bildirir ki, görüş zamanı “Jetro” təşkilatının rəhbər nümayəndəsi Toşihiro Nakacima (Toshihiro Nakajima) və xanım Emine Göncü Azərbaycanın idxal-ixrac, kənd təsərrüfatı və digər sahələr ilə maraqlanaraq, iki təşkilat arasındakı ticari-iqtisadi sahədə əməkdaşlığın mümkünlüyünü müzakirə ediblər.

N.Əli-zadə öz növbəsində iki təşkilat arasındakı sözü gedən sahələrin inkişaf mərhələləri, Azərbaycan Ticarət və Sənaye Palatasının iş prinsipləri kimi məsələlərə toxunub.

Son xəbərlər

Orphus sistemi