Azərbaycan dünya neft sənayesində mühüm yerə malik ölkələrdən biridir.
"Report" xəbər verir ki, bunu ABŞ-ın "Tesla" korporasiyasının həmtəsisçisi Cefri Brayan Straubel (Jeffrey Brian Straubel) Bakıda keçirilən "Inmerge İnnovasiya Sammiti"nin 2-ci günündə bildirib.
O qeyd edib ki, neft sənayesində mühüm yeri olan ölkələr karbon emissiyasının azaldılması istiqamətində addımlar atmalıdır: "Bu, mənim üçün əsas məqamdır və karbon emissiyasının azaldılması texnologiyalar sayəsində mümkündür. Biz mütəmadi olaraq dünya mediasında emissiyaların azalması ilə bağlı xəbərlər görürük. Lakin statistik göstəricilərə baxsaq hər il dünyada karbon emissiyasının artdığını, rekord həddə çatdığını görərik. Ümid edirəm bu istiqamətdə ciddi addımların atılmasına nail olacağıq".