“Tesla” MDB bazarına çıxacaq

“Tesla” MDB bazarına çıxacaq ABŞ elektrikli avtomobil istehsalçısı Rusiya da daxil olmaqla MDB ölkələrinin bazarlarına çıxacağını bildirib
Biznes
21 May , 2021 15:22
“Tesla” MDB bazarına çıxacaq

ABŞ elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti tezliklə Rusiya da daxil olmaqla MDB ölkələrinin bazarlarına çıxacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu şirkətin baş meneceri (CEO) Elon Musk Moskvada videokonfrans formatında təşkil edilmiş forumda bildirib.

Çindəki zavodlarının artıq fəaliyyətə başladığını, ABŞ və Almaniyada isə zavodlar inşa etdiklərini qeyd edən E.Musk deyib ki, başqa ölkələrdəki, o cümlədən Rusiyadakı potensial nəzərdən keçirilir.

"“Tesla" avtomobillərinin satışı üçün Rusiya və ətraf bölgələri də araşdırırıq. Qısa müddətdə Rusiya da daxil olmaqla MDB ölkələrinin bazarına girəcəyik", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi