"Təmiz Şəhər" Balaxanıda əkilən bitkilərə qulluq göstərilməsi üçün elan etdiyi tenderin vaxtını uzadıb

"Təmiz Şəhər" Balaxanıda əkilən bitkilərə qulluq göstərilməsi üçün elan etdiyi tenderin vaxtını uzadıb İddiaçılar tender təkliflərini yanvarın 30-dək təqdim etməlidir
Biznes
18 Yanvar , 2017 11:37
Təmiz Şəhər Balaxanıda əkilən bitkilərə qulluq göstərilməsi üçün elan etdiyi tenderin vaxtını uzadıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “Təmiz Şəhər” ASC Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi Zavodunun ərazisində və qarşısında, həmçinin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun qarşısındakı ərazi daxil olmaqla ümumi sahəsi 24 min kv.metr təşkil edən sahədə əkilən bitkilərə qulluq göstərilməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin vaxtını uzadıb.

“Report” xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər lot üzrə 200 manat iştirak haqqı ödəməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri yanvarın 23-ü saat 17:00-dək, tender təklifi və bank təminatını isə yanvarın 30-u saat 17:00-dək “Təmiz Şəhər”ə (Bakı şəhəri, Xocalı prospekti,55) təqdim etməlidirlər.

İddiaçıların təklifləri yanvarın 31-i saat 17:00-da ASC-də açılacaq.

Son xəbərlər

Orphus sistemi