Telman Əliyev "Caspian European Club"un baş icraçı direktoru təyin olunub

Telman Əliyev "Caspian European Club"un baş icraçı direktoru təyin olunub Bakı. 8 fevral. REPORT.AZ/ Telman Əliyev Caspian European Clubun baş icraçı direktoru təyin edilib. 
Biznes
8 Fevral , 2018 12:18
Telman Əliyev Caspian European Clubun baş icraçı direktoru təyin olunub

Bakı. 8 fevral. REPORT.AZ/ Telman Əliyev "Caspian European Club"un baş icraçı direktoru təyin edilib. 

Bu barədə “Report”a “Caspian European Club”dan məlumat verilib. 

"Ali rəhbərliyin bu qərarı “Caspian European Club” tərəfindən keçirilən beynəlxalq tədbirlərin coğrafiyasının genişlənməsində və xarici nümayəndəliklərin yaranmasında mühüm və zəruri addım olaraq qəbul edilib", -  xəbərdə qeyd edilib.

Bu vaxta kimi “Caspian European Club”un baş icraçı direktorunun vəzifələrini icra edən Mustafa Abbasbəyli Polşada “Caspian European Club” nümayəndəliyinin rəhbəri və “Caspian Energy Poland”ın icraçı direktoru təyin olunub.

Son xəbərlər

Orphus sistemi