Sədr: “TEKNOFEST Azərbaycan”da 11 KOB subyekti iştirak edir"

Sədr: “TEKNOFEST Azərbaycan”da 11 KOB subyekti iştirak edir" “TEKNOFEST Azərbaycan” festivalında KOBİA-ya daxil olan 11 müəssisə iştirak edir.
Biznes
26 May , 2022 15:01
Sədr: “TEKNOFEST Azərbaycan”da 11 KOB subyekti iştirak edir
Orxan Məmmədov

Bu gün Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında 11 kiçik və orta biznes (KOB) subyekti iştirak edir". 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib. 

Onun sözlərinə görə, tədbirdə gənc startapların iştirakının əsas məqsədi potensial investorlar cəlb etməkdir.

O.Məmmədov vurğulayıb ki, Agentlik startapların həm ölkə daxilində, həm də xaricdə təşviqi istiqamətində fəal iş aparır.

Xatırladaq ki, festival çərçivəsindəı 8 nominasiya üzrə texnoloji müsabiqələr, “Smart Karabakh” hakatonu, Azərbaycanın startap sammiti “Take Off” və “Rocket League eSports” Avropa Kuboku keçiriləcək.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsulları və həlləri, gənclər tərəfindən hazırlanmış prototiplər və STEM layihələri, həmçinin açıq statik ərazidə pilotsuz uçuş aparatları və helikopterlərin sərgisi nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi