Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!  

Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!   “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə 8 oktyabr 2024-cü il tarixində Gülüstan Sarayıda 300 nəfər dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutacaq Təhsilin İnkişafı Formunun spikerləri məlum olub.
Biznes
25 Sentyabr , 2024 12:05
Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!  

“Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə 8 oktyabr 2024-cü il tarixində Gülüstan Sarayıda 300 nəfər dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutacaq Təhsilin İnkişafı Formunun spikerləri məlum olub.

Elm və Təhsil Nazirliyi, nazirlik yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, “Kapital Bank” ASC, "STP Şirkətlər Qrupu", “Bestcomp Group” və “Veysəloğlu Şirkətlər Qrupu" MMC-lərin baş sponsorluğu, Dövlət Neft Şirkəti (SOCAR), bp və “Lenovo”nun sponsorluğu ilə baş tutacaq Forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platformanın təmin edilməsi və prosesin hərtərəfli dəstəklənməsidir.

3 moderator, 21 spiker "Tərəfdaşlıqdan Tərəqqiyə" şüarı ilə "Biliyi dəyərə çevirən sinerji", "Tədqiqatdan inkişafa gedən yol", "Gələcəyi gənclərə necə hazırlamalı" panellər üzrə müxtəlif mövzular haqqında müzakirələr aparacaqlar.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderator olduğu “Biliyi dəyərə çevirən sinerji” panelində elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, SOCAR-ın prezidenti Rövşən Nəcəf spiker qismində, TÜBİTAK-ın prezidenti Orhan Aydın isə məzurəçi qismində öz təcrübələrini bölüşəcəklər.

IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderator olduğu "Tədqiqatdan inkişafa gedən yol" panelində Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, "Kapital Bank"ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində və TÜBİTAK TEMEG İdarə Heyətinin üzvü, "CATALYSADE" şirkətinin təsisçisi məruzəçi kimi vacib mövzulara toxunacaq.

"STP Şirkətlər Qrupun"un Baş İnsan Resursları İnzibatçısı Şölə Əliyevanın moderator olduğu "Gələcəyi gənclərə necə hazırlamalı" paneli Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Milli Məclisin deputatı, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, Elm və Təhsil Nazirliyinə məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin baş direktoru Nihat Məcidov, "NEQSOL Holding"in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadənin çıxışları ilə baş tutacaq.

Təhsilin İnkişafı Forumu haqqında məlumat əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.tif.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/tifbaku

İnstaqram: https://www.instagram.com/tifbaku

Linkedln: https://www.linkedin.com/company/tehsilininkisafiforumu/

Son xəbərlər

Orphus sistemi