Təhsil sektorunda fəaliyyət göstərən KOB-ların inkişafına dəstək veriləcək

Təhsil sektorunda fəaliyyət göstərən KOB-ların inkişafına dəstək veriləcək Azərbaycanda təhsil sektorunda fəaliyyət göstərən KOB subyektlərinin tanıdılmasına, onların əməkdaşlıq imkanlarının genişləndirilməsinə və bu yolla inkişafına dəstək veriləcək.
Biznes
30 Sentyabr , 2022 11:04
Təhsil sektorunda fəaliyyət göstərən KOB-ların inkişafına dəstək veriləcək

Azərbaycanda təhsil sektorunda fəaliyyət göstərən KOB subyektlərinin tanıdılmasına, onların əməkdaşlıq imkanlarının genişləndirilməsinə və bu yolla inkişafına dəstək veriləcək.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), "Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası" İctimai Birliyinin tərəfdaşlığı, "Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası" (KOBSKA) İctimai Birliyinin və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə, “Gələcəyini inşa et!” devizi ilə Bakıda keçirilən təhsil sərgi-yarmarkasında - “BYF EduExpo 2022”-də məlumat verilib.

Bu gün işə başlamış və oktyabrın 2-nə qədər davam edəcək sərgi-yarmarkada 50-yə yaxın şirkəti iştirak edir. Tədbir çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi