Vahid Əhmədov: “Rəqabət Məcəlləsi”nin qəbul olunması olduqca vacibdir"

Vahid Əhmədov: “Rəqabət Məcəlləsi”nin qəbul olunması olduqca vacibdir"
Biznes
30 Sentyabr , 2019 13:24
Vahid Əhmədov: “Rəqabət Məcəlləsi”nin qəbul olunması olduqca vacibdir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov / Report

"Bir neçə illər keçməsinə baxmayaraq, Azərbaycan Milli Məclisi hələ də “Rəqabət Məcəlləsi”nin qəbul olunmasına nail ola bilməyib".

“Report”un məlumatına görə, bunu bu gün Milli Məclisin keçirilən payız sessiyasının ilk iclasında millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, "Rəqabət Məcəlləsi" olduqca vacib qanundur.

V. Əhmədov deyib ki, bu payız sessiyasına daxil olunması vacib olan məsələlərdən biri də “Təhsil kreditləri haqqında” qanun layihəsidir. 

O əlavə edib ki, bu gün ölkədə təhsil kreditlərinin olmaması bir çox tələbənin təhsilini yarımçıq qoyması ilə nəticələnir: “Bizə bununla bağlı bir çox müraciətlər daxil olur. Bu günlərdə eşidirik ki, “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanır. Neçə illər bundan əvvəl hazırlanmış qanun layihəsini bir az redaktə edib bu günün tələblərinə uyğunlaşdıra bilərik. Bu qanun layihəsini qəbul etməliyik ki, gənclər təhsilini başa vura bilsinlər”.