"Technol" ilin ən yaxşı debüt edən şirkəti oldu

"Technol" ilin ən yaxşı debüt edən şirkəti oldu Sərgidə "Technol"un 90-na yaxın çeşiddə mühərrik və sənaye yağları sərgilənib
Biznes
3 İyun , 2017 10:49
Technol ilin ən yaxşı debüt edən şirkəti oldu

Bakı. 3 iyun. REPORT.AZ/ 31 may – 3 iyun 2017-ci il tarixlərində Bakı Ekspo mərkəzində keçirilən Xəzər Neft- Qaz sərgisində bu ilk dəfə "Technol" mühərrik yağları markası sərgilənir.

"Report" xəbər verir ki, dünyanın bir sıra tanınmış neft və qaz şirkətlərinin iştirak etdiyi sərgidə Azərbaycanın ilk mühərrik və sənaye yağları istehsalçısı olan "Technol"un iştirakı sərgi iştirakçılarının və xarici qonaqların böyük marağına səbəb olub.

Məhsula və stendə olan xüsusi marağı nəzərə alan təşkilatçılar "Technol"u ilin ən yaxşı debüt edən şirkəti nominasiyası üzrə mükafatlandırıblar.

Şirkətdən "Report"a verilən məlumata görə, təşkilatçıların bu dəyərləndirməsi və "Technol"u belə bir mükafata layiq görməsi onların öz işini daha yaxşı görməsi üçün böyük motivasiyadır: “Biz ilk gündən qarşımıza hədəf qoymuşuq ki, istər mənsub olduğumuz sahənin, istərsə də ümumi bazarın ən yaxşısı olmalıyıq. Bu günə qədər atdığımız addımlar bizi həm məhsul keyfiyyəti, həm xidmət yüksəkliyinə görə bazarın ən yaxşısına çevirə bilir və bu qısa zamanda aldığımız mükafatlardan da bəlli olur”.

Qeyd edək ki, sərgidə "Technol"un 90-na yaxın çeşiddə mühərrik və sənaye yağları sərgilənib.

Son xəbərlər

Orphus sistemi