Tayvan Azərbaycana çay ixracını bərpa edib
- 31 avqust, 2022
- 05:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan xaricdən 34,7 milyon ABŞ dolları dəyərində 7 min 046 ton qara çay alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 % çoxdur, kəmiyyət olaraq – 6,2 % azdır.
Şri-Lankadan 29,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 18,2 % artıb) 5 min 928 ton (-1,6 %), Rusiyadan 2,3 milyon ABŞ dolları dəyərində (-7,8 %) 420,6 ton (-21,2 %), Hindistandan 1 milyon ABŞ dolları dəyərində (-33 %) 326,7 ton (-24,5 %), Keniyadan 746 min ABŞ dolları dəyərində (+73,2 %) 150 ton (+32 %), Vyetnamdan 201 min ABŞ dolları dəyərində (-68,3 %) 105,3 ton (-70 %) məhsul gətirilib.
Beş il 10 aylıq fasilənin ardından Tayvandan (Çinin əyaləti) tədarük bərpa edilib. Bu ölkədən 2 min ABŞ dolları dəyərində 0,15 ton qara çay alınıb.
Hesabat dövründə Azərbaycan 6,1 milyon ABŞ dolları dəyərində 1 min 028 ton qara çay ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 52 % və 2 dəfə çoxdur.
Rusiyaya 2,9 milyon ABŞ dolları dəyərində (+9,4 dəfə) 657,7 ton (+13 dəfə), Gürcüstana 2,3 milyon ABŞ dolları dəyərində (+1,2 %) 273,8 ton (-6,2 %), Ukraynaya 478 min ABŞ dolları dəyərində (-41 %) 59,1 ton (-42 %), Birləşmiş Ərəb Əmirliklərinə 79 min ABŞ dolları dəyərində (+41 %) 7,56 ton (+28 %), Polşaya 69 min ABŞ dolları dəyərində 5,8 ton (bir il 3 ayın tamamında tədarük bərpa edilib) məhsul göndərilib.