Tatarıstanda Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin iqtisadi sammiti keçiriləcək

Tatarıstanda Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin iqtisadi sammiti keçiriləcək Tədbirdə Azərbaycan da iştirak edəcək
Biznes
15 May , 2017 15:22
Tatarıstanda Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin iqtisadi sammiti keçiriləcək

Bakı. 15 may. REPORT.AZ/ Mayın 18-20-də Kazan şəhərində (Tatarıstan, RF) Rusiya və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin IX beynəlxalq iqtisadi sammiti ("Kazansummit") keçiriəcək.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Baş nazir Dmitri Medvedev, Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Bankının sədri Elvira Nabiulina, İƏT-in keçmiş baş katibi Ekmeleddin İhsanoğlu və digər şəxslərin çıxışı nəzərdə tutulub.

Bundan başqa, natiqlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti və qurumun Rusiya nümayəndəliyinin rəhbəri, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva, KPMG audit şirkətinin Rusiya və MDB ölkələrində maliyyə müəssisələri ilə iş təcrübəsinin, eləcə də Azərbaycandakı törəməsinin rəhbəri Vüqar Əliyev, Rusiyanın “Sberbank”ının İdarə Heyəti sədrinin müavininin müşaviri Behnam Qurbanzadə də var.

Xatırladaq ki, Rusiya və İƏT ölkələrinin beynəlxalq iqtisadi sammiti 2009-cu ildən keçirilir, ticari-iqtisadi, elmi-texniki, sosial-mədəni əməkdaşlıq üçün əsas platforma sayılır. 2016-cı ildə baş tutmuş bu tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan 1 556 nümayəndə, eləcə də 182 KİV təmsilçisi iştirak edib. 

Son xəbərlər

Orphus sistemi