TANAP Dünya Bankının siyahısında lider olub

TANAP Dünya Bankının siyahısında lider olub Siyahıya Konqo, Qvineya və Uqandada reallaşan meqa layihələr də daxil edilib
Biznes
1 Fevral , 2017 13:17
TANAP Dünya Bankının siyahısında lider olub

Bakı. 1 fevral. REPORT.AZ/ Dünya Bankı (WB) Qrupunun ötən il maliyyələşdirdiyi meqa layihələrin siyahısı açıqlanıb. “Report”un əldə etdiyi məlumata görə, siyahıya 800 mln. ABŞ dolları civarında olan kreditlə Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi başçılıq edir.

Məlumata görə, siyahıda digər yeri “Inga 3” meqa layihəsi tutur. Konqo ərazisində yerləşən “Inga 3” hidroelektrik stansiyası üçün Bank 73 mln. dollar kredit ayırıb.

Qvineyada yerləşən “Simandou” dəmir filizi yatağının işlənməsi üçün isə Qrupa daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən, Uqandada yerləşən “Bujagali” hidroenerji stansiyası isə WB və IFC tərəfindən maliyyələşdirib. Hər iki layihə vətəndaş cəmiyyəti institutlarının əsas tənqid etdiyi layihələrdir.

Qeyd edək ki, DB-nin Direktorlar Şurasının dekabrın 20-də elan etdiyi qərarı ilə Bank TANAP-a ümumilikdə 800 mln. dollar kredit ayırıb. Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "SGC" QSC, digər 400 mln. dolları isə Türkiyə dövlətinin zəmanəti ilə "BOTAŞ" alıb.

Kredit “Cənub Qaz Dəhlizi” (SGC) QSC-yə 30 il müddətinə, Türkiyənin BOTAŞ şirkətinə isə 29 il müddətinə verilib.

Şərtlərə görə, SGC və "BOTAŞ"-ın hər birinin əldə etdiyi 400 mln. dollarlıq kreditə görə ilk 5 il üçün güzəşt müddəti təqdim olunub.

Xatırladaq ki, Dünya Bankı borcu illik LİBOR+1% dərəcəsi ilə ayırıb.

İngilis versiyası TANAP tops World Bank list

Son xəbərlər

Orphus sistemi