Taleh Ziyadov: "Azad ticarət zonası "Made in Azerbaijan" brendinə töhfə verəcək"

Taleh Ziyadov: "Azad ticarət zonası "Made in Azerbaijan" brendinə töhfə verəcək" Azərbaycan narı xüsusi qablaşdırmada Rusiya bazarında 2-5 dollara satıla bilər
Biznes
154
21 Noyabr , 2016 15:45
Taleh Ziyadov: Azad ticarət zonası Made in Azerbaijan brendinə töhfə verəcək

Bakı. 21 noyabr. REPORT.AZ/ "Bakı Dəniz Ticarət Limanı" QSC-nin (Bakı limanı) ərazisində yaradılacaq azad ticarət zonası "Made in Azerbaijan" brendinə bilavasitə töhfə verəcək. 

"Report" un məlumatına görə, bunu Bakı limanının baş direktoru Taleh Ziyadov deyib. 

"Azərbaycan xarici dövlətlərə xam məhsullar ixrac edir. İstəyirik ki, bu məhsullar müəyyən emal prosesindən sonra Azərbaycan brendi adı altında xaricə tədarük edilsin. Məsələn, Azərbaycanın məhşur narını xüsusi qablaşdıraraq Rusiya bazarında 1 kiloqramını 0,60 manata deyil, 1 paketini 2-5 dollara təklif etmək olar. Bu, Azərbaycan məhsuluna əlavə dəyər verilməsinə və fərqlənməsinə şərait yarada bilər", - deyə T.Ziyadov əlavə edib.

Son xəbərlər

Orphus sistemi