Tahir Mirkişili: "Azərbaycanın utilizasiya üçün iqtisadi gücü var"

Tahir Mirkişili: "Azərbaycanın utilizasiya üçün iqtisadi gücü var" Azərbaycan nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı hüquqi sənəd qəbul edirsə, deməli onun iqtisadi gücü var.
Biznes
1 İyun , 2023 11:20
Tahir Mirkişili: Azərbaycanın utilizasiya üçün iqtisadi gücü var

Azərbaycan nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı hüquqi sənəd qəbul edirsə, deməli onun iqtisadi gücü var.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deputat Tahir Mirkişili bildirib.

"İqtisadiyyat dayanıqlı olmadan dövlət utilizasiya proqramı tətbiq edə bilməz. Hər dövlətin belə bir gücü yoxdur. Bu proqramı tətbiq edənlər daha çox avtomobil istehsalı olan ölkələrdir. Azərbaycan bu istiqamətdə son illərdə bir neçə addım atıb. Ekoloji təmiz avtomobillərin ölkəmizə idxalı vergi və rüsumlardan azad edilib. Eyni zamanda bir neçə gün öncə Prezidentin təşəbbüsü ilə Milli Məclisə ölkədə istehsal edilmiş avtomobillərin ƏDV-dən azad edilməsi layihəsi daxil olub", - deyə Komitə sədri əlavə edib.

Son xəbərlər

Orphus sistemi