Şuşada sahibkarlarla dövlət-özəl əməkdaşlığı modeli müzakirə ediləcək

Şuşada sahibkarlarla dövlət-özəl əməkdaşlığı modeli müzakirə ediləcək İyunun 27-28-də Şuşada keçiriləcək “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələr aparılacaq.
Biznes
26 İyun , 2024 16:38
Şuşada sahibkarlarla dövlət-özəl əməkdaşlığı modeli müzakirə ediləcək

İyunun 27-28-də Şuşada keçiriləcək “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələr aparılacaq.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Tədbir İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox biznes nümayəndəsinin iştirakı ilə keçiriləcək.

Tədbirdə sahibkarlıq subyektlərinə, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanları və biznes perspektivləri təqdim ediləcək.

İş adamları Qarabağa səfər çərçivəsində Ağdam Sənaye Parkında yaradılmış şərait, rezident müəssisələr, həmçinin Şuşa və Xankəndi şəhərlərində iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmini məqsədilə aparılan yenidənqurma işləri, infrastrukturla əyani tanış olacaqlar.

Şuşada keçiriləcək tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt və azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolu mövzularında panel müzakirələr təşkil olunacaq. Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı, logistika imkanları təqdim ediləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin G2B (dövlət-biznes) formatında görüşlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi