Sumqayıt Kimya Sənaye Parkı rezidentinin ixrac istiqamətləri genişlənir

Sumqayıt Kimya Sənaye Parkı rezidentinin ixrac istiqamətləri genişlənir Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb
Biznes
16 May , 2021 18:53
Sumqayıt Kimya Sənaye Parkı rezidentinin ixrac istiqamətləri genişlənir

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC istehsal etdiyi məhsulların ixrac coğrafiyasını genişləndirir.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Belə ki, “Azertexnolayn” MMC ilk dəfə olaraq HDPE borularının (təzyiqli su boruları) İtaliyaya ixracına başlayıb.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu - polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları fəaliyyət göstərir.

“Azertexnolayn” MMC-də qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, əsasən MDB və region ölkələrinə ixrac edilir.

Son xəbərlər

Orphus sistemi