Sumqayıt Kimya Sənaye Parkı keçirdiyi təkliflər sorğusunun nəticələrini açıqlayıb

Sumqayıt Kimya Sənaye Parkı keçirdiyi təkliflər sorğusunun nəticələrini açıqlayıb Sorğunun qalibləri 3 şirkət olub
Biznes
5 Aprel , 2017 09:21
Sumqayıt Kimya Sənaye Parkı keçirdiyi təkliflər sorğusunun nəticələrini açıqlayıb

Bakı. 5 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC 4 lot üzrə keçirdiyi təkliflər sorğusunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, tender komissiyasının 28 mart 2017-ci il tarixli qərarına əsasən Parkın ərazisinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin texniki su xəttindən çəkiləcək alternativ texniki su xəttinin layihə-smeta sənədlərinin hazırlanması (Lot-1) və Pirallahı Sənaye Parkının 30 hektarlıq ərazisinin hamarlanması, su xətlərinin köçürülməsi, hasar və giriş-çıxış məntəqələrinin layihə-smeta sənədlərinin və baş planın hazırlanması işlərinin satın alınması (Lot-3) ilə əlaqədar “AZİN Construction” MMC, Pirallahı Sənaye Parkının 30 hektar ərazisinin baş planının, ərazinin hamarlanması, hasar və nəzarət-buraxılış məntəqələrinin və mühəndis kommunikasiya xətlərinin layihələndirilməsi üçün aparılacaq mühəndis-geoloji və geofiziki tədqiqat işlərinin satın alınması (Lot-2) ilə əlaqədar “ENGİNEER-GEOLOG” MMC və Pirallahı Sənaye Parkının 20 hektar ərazisindən 35 kv-luq elektrik hava xəttinin köçürülməsi işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması (Lot-4) ilə əlaqədar “RYS Enerji Layihə” MMC qalib elan ediliblər. Həmin təşkilatlarla 30 mart 2017-ci il tarixdə müvafiq satınalma müqavilələri bağlanıb.

Xatırladaq ki, Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri "Sumqayıt Kimya Sənaye Parkı” həyata keçirir.

Son xəbərlər

Orphus sistemi