“Subaru” 165 min avtomobili geri çağırır

“Subaru” 165 min avtomobili geri çağırır Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Subaru” şirkəti ABŞ bazarından 165 min avtomobili geri çağırır.
Biznes
4 Avqust , 2021 14:34
“Subaru” 165 min avtomobili geri çağırır

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Subaru” şirkəti ABŞ bazarından 165 min avtomobili geri çağırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb nəqliyyat vasitələrinin yanacaq nasosunda qüsur olmasıdır.

Belə ki, hərəkət zamanı mühərrik qəfil dayana bilər ki, bu da qəza riskini artırır.

Avqustun 29-da start götürəcək geriçağırma kampaniyası 2018-ci ildə istehsal edilmiş “Ascent” və “Forester”, eləcə də 2018-2020-ci illərin buraxılışı olan “Impreza”, "Legacy” və “Outback” modellərini əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi