Strateji Yol Xəritələrinin monitorinqi ildə iki dəfə aparılacaq

Strateji Yol Xəritələrinin monitorinqi ildə iki dəfə aparılacaq Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib
Biznes
12 Sentyabr , 2017 13:07
Strateji Yol Xəritələrinin monitorinqi ildə iki dəfə aparılacaq
Report

Bakı. 12 sentyabr. REPORT. AZ/ "Strateji Yol Xəritələrinin monitorinq qiymətləndirilməsi hər altı aydan bir aparılacaq. Bu qiymətləndirmə bütün indikatorları əhatə edəcək".

"Report" xəbər verir ki, bunu Stateji Yol Xəritələrinin ilk 6 ay ərzində icrasının monitorinqi ilə bağlı keçirilən tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlının sözlərinə görə, monitorinq qiymətləndirmə həmçinin illik də aparılacaq: "Strateji Yol Xəritəsində Kiçik və Orta Sahibkarlıqla bağlı işlərin artıq 6%-i tamamlanıb, 42%-nin isə icracına başlanılıb". 

"Bu ilin ilk yarısında ölkəyə gələn turistlərin sayı 24% artıb. Xarici şəxslərin bank əməliyyatları isə 93% artıb. Bu ilin ilk 8 ayında qeyri-neft ixracı 855 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur", - deyə Mərkəz rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi