“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb

“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb “Startap” şəhadətnaməsi ilə bağlı müraciətlərə baxılması məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib
Biznes
22 İyun , 2021 14:52
“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb

“Startap” şəhadətnaməsi ilə bağlı müraciətlərə baxılması məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, iclasda şəhadətnamə almaq üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) sahibkarlıq subyektlərindən daxil olmuş aqrar sahə üzrə “ağıllı cihaz”, bank-maliyyə, elektron ticarət və logistika sahələri üzrə innovativ həllərə dair müraciətlərə baxılıb.

Şəhadətnamə KOB subyektlərini onu aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Bu isə "startap"a gəlirini bu layihələrin inkişafına yönəltməyə və böyüməyə imkan verir. Şəhadətnamə həmçinin, "startap"a yerli və xarici investorların marağını artırır, onun xarici bazarlara çıxışı asanlaşdırır.

Şəhadətnamə almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya yazılı və ya elektron qaydada müraciət edə bilərlər. Müraciətlər əsasında ayda bir dəfə müxtəlif dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlərdən ibarət Ekspertlər Şurasının iclası keçirilir. KOBİA həmçinin, şəhadətnaməin alınmasına dair prosedurlar, o cümlədən müvafiq sənədlərin hazırlanması üçün sahibkarlara ödənişsiz məsləhət xidməti göstərir.

Son xəbərlər

Orphus sistemi