Startap hərəkatı barədə onlayn konfrans keçirilib

Startap hərəkatı barədə onlayn konfrans keçirilib İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Britaniya Şurası (British Council) ilə birlikdə “COVID-19 pandemiyası dövründə startap hərəkatı: Çağırışlar və İmkanlar” mövzusunda konfrans keçirib.
Biznes
439
19 Sentyabr , 2020 11:33
Startap hərəkatı barədə onlayn konfrans keçirilib
Vüsal Qasımlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Britaniya Şurası (British Council) ilə birlikdə “COVID-19 pandemiyası dövründə startap hərəkatı: Çağırışlar və İmkanlar” mövzusunda konfrans keçirib.

“Report” bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, konfransda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və Britaniya Şurasının ölkə üzrə direktoru Summer Xia açılış nitqi ilə çıxışlar ediblər.

Daha sonra “New Castle Universiteti”nin professoru Matthew Gorton “COVID-19 pandemiyasının startap biznes modelinə təsiri”,  “Unimetal and ProMetal Group” şirkətinin icraçı direktoru Rufət Əzizov “COVID-19 böhran idarəçiliyində biznesin davamlılığının mərhələləri”, “Founder Institute”un yerli direktoru Cəfər Nəcəfov “COVID-19 pandemiyası dövründə uğurlu startapa necə başlamalı”, “Creative Spark” Proqramı və “EnterpriseAzerbaijan” Portalının koordinatoru Oruc Dursunzadə isə “COVID-19 pandemiyası dövründə enterpriseazerbaijan.com portalının startapların inkişafında rolu” mövzularında təqdimatlar ediblər.

Pandemiya digər sahələrlə yanaşı, startapları da yeni reallıqlarla qarşı-qarşıya qoyub. Tədbirin əsas məqsədi ölkədə fəaliyyət göstərən startapların pandemiya dövründə üzləşdikləri çağırışlara adekvat strategiyaların hazırlanmasına və pandemiyanın mümkün təsirlərinin azaldılmasına töhfə verməkdir. Bu isə öz növbəsində startapların postpandemiya dövründə davamlı və dayanıqlı inkişafa nail olmaq deməkdir.

Son xəbərlər

Orphus sistemi