Startap çempionatının qalibləri: “Layihəmizi daha da inkişaf etdirmək istəyirik”

Biznes
  • 15 iyun, 2023
  • 12:24
Startap çempionatının qalibləri: “Layihəmizi daha da inkişaf etdirmək istəyirik”

“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında startaplar üzrə Milli Çempionatda qalib olan komandanın üzvləri Səlimə Məmmədli, Əsma Daşdəmirli və Kabutar Həmidova layihələrini daha da inkişaf etdirmək istəyir.

Bunu onlar “Report”a açıqlamasında bildirib.

Qaliblərin sözlərinə görə, hazırda onlar iyulun 16-20-də Şotlandiyada keçiriləcək Dünya Çempionatına hazırlaşırlar: “Ümid edirik ki, biz Dünya Çempionatında da münsiflərdən müsbət rəy alacağıq".

Müsahiblərimiz ekologiyaya zərər vurmayan eko karandaşlar düşünüblər: “Uzun müddət layihə üçün ideya seçə bilmədik. Daha sonra dünyanın ekoloji problemini və daha çox istifadə olunan məhsul kimi karandaş seçdik, beləcə “Econotes” layihəsi ərsəyə gəldi. Ekologiya çox vacib məsələdir və eko karandaşlar də hər kəsə lazımdır”.

Qaliblərin sözlərinə görə, gələcək illərdə ekologiyaya fayda vermək üçün yeni layihələr düşünəcəklər.