SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft ixracında yenə də liderdir

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft ixracında yenə də liderdir Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft sektoru üzrə ixraca həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir.
Biznes
27 Sentyabr , 2019 15:32
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft ixracında yenə də liderdir

Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft sektoru üzrə ixraca həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir.

Siyahıda növbəti yerlərdə "Azəralüminium" MMC, "Azərenerji" ASC, "AzerGold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, SOCAR-a məxsus "Azərikimya" İstehsalat Birliyi, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC və “Azəripək” MMC qərarlaşıb.

Özəl şirkətlərdən isə qeyri-neft sektoru üzrə ixracın qabaqcılları "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin yerli nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Baku Steel Company", “Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Caspian enerji-2020" MMC və "P-Aqro" MMC-dir. 

Son xəbərlər

Orphus sistemi