Şöbə müdiri: “Yaşıl iqtisadiyyat”a keçidi maliyyələşdirməkdə problem var”
- 04 oktyabr, 2024
- 08:03
“Yaşıl iqtisadiyyat”a keçidin həm özəl sektorun, həm də dövlət büdcəsi hesabına maliyyələşdirilməsində problemlər mövcuddur.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Bakıda “Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər” mövzusunda keçirilən “3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu”nda bildirib.
"Odur ki, bu məsələdə beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Azərbaycan hökuməti də “yaşıl iqtisadiyyat”a keçidi stimullaşdırmaq üçün öncədən tədbir görməyə başlayıb. 5 milli priorioritet və onun əsasında icra edilən 2022-2026-cı il sosial-iqtisadi inkişaf strategiyası, eləcə də strategiya ilə müəyyən edilmiş hədəflər orta və uzunmüddətli dövrdə “yaşıl trasformasiya”nın reallaşdırılması üçün siyasətin müəyənləşdirilməsində xüsusi əhəmiyyətə malikdir", - deyə o qeyd edib.