Şöbə müdiri: "Sahibkarlar dövlət satınalmalarında əsas təsnifat kodlarına diqqət yetirməlidir"

Biznes
  • 13 may, 2024
  • 10:06
Şöbə müdiri: Sahibkarlar dövlət satınalmalarında əsas təsnifat kodlarına diqqət yetirməlidir

Dövlət satınalmalarında təsnifat kodları vacibdir və sahibkarlar əsasən buna diqqət yetirməlidirlər.

“Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov Təchizat Zənciri Liderləri Zirvəsində deyib.

O bildirib ki, yeni qanundakı təzə anlayışlardan biri də dövlət satınalmalarında təsnifat kodları ilə bağlıdır: "Qaydalar yeni olduğundan ola bilsin ki, bəzi ifadələr orada yer tapmayıb və ya yalnışdır. Bununla belə təsnifat kodlarına diqqət etmək mütləqdir. Belə ki, təsnifat kodları satınalmanın baş tutmasına, bu zaman rəqabət mühitinin təmin olunmasına dəstək verən mühüm amillərdən biridir. Çünki, sahibkar ilk olaraq satınalmanın predmetini görür. Həmin predmet onun fəaliyyət istiqamətinə uyğundursa, ona maraqlı gələrsə satınalmada iştirak edir".