SKMF Zaqatalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

Biznes
  • 18 sentyabr, 2017
  • 14:02
SKMF Zaqatalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

Bakı. 18 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zaqatala rayonunda sahibkarlardan prioritet hesab olunan investisiya layihələrinin qəbuluna başlayır.

“Report” Nazirliyə istinadən xəbər verir ki, Fond tütünçülük, çayçılıq və bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının, tütün, çay və fındıq emalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mizrə Şərifzadə küçəsi, 172;

Telefon: (012) 434-74-29;

Faks: (012) 432-37-17;

e-poçt: [email protected]

Son xəbərlər

Bütün Xəbər Lenti