SKMF Tərtərdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Tərtərdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
5 Sentyabr , 2017 12:22
SKMF Tərtərdə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Tərtər rayonunda sahibkarlardan prioritet hesab olunan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, fond iş adamlarından intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının, kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172; Telefon: (012) 434-74-29; Faks: (012) 432-37-17; E-poçt: [email protected];

Son xəbərlər

Orphus sistemi