SKMF Saatlıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Saatlıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər
Biznes
7 Avqust , 2017 17:11
SKMF Saatlıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 7 avqust. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

Bu barədə “Report”a nazirlikdən bildirilib. 

Məlumatda deyilir ki, iş adamlarından əkinçilik (qarğıdalı, soya, mərci və noxud), intensiv bağçılıq (nar, gilas, gavalı), kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının, eləcə də süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi