SKMF Göygöldə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Göygöldə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 1 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Biznes
1 May , 2018 15:09
SKMF Göygöldə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 1 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, rayon üzrə aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- cins heyvandarlıq kompleksinin yaradılması;

- süd emalı və sənaye üsulu ilə bal emalı və qablaşdırılması müəssisələrinin yaradılması;

- kartofçuluq və üzümçülük təsərrüfatlarının yaradılması;

- kənd turizmi layihəsi;

- otelin yaradılması;

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi