SKMF Bakının Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Bakının Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 9 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunda işgüzar forum keçirib.
Biznes
9 Mart , 2018 17:00
SKMF Bakının Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 9 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunda işgüzar forum keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən startap layihələri, müasir istixana komplekslərinin, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması, badam bağının salınması, ət kəsimi, zeytun və badam emalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. 

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi