SKMF Astarada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Astarada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
12 May , 2017 08:56
SKMF Astarada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 12 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Astara rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. 

"Report" nazirliyə istinadən xəbər verir ki, Fond iş adamlarından ixtisaslaşdırılmış yaşıl market, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı), bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib. 

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMFya müraciət edə bilərlər. 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172. Telefon: (012) 434- 74-29. Faks: (012) 432-37-17. e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi