“Sınıq Körpü” gömrük postu gücləndirilmiş iş rejiminə keçib

“Sınıq Körpü” gömrük postu gücləndirilmiş iş rejiminə keçib Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb
Biznes
17 Noyabr , 2016 11:53
“Sınıq Körpü” gömrük postu gücləndirilmiş iş rejiminə keçib

Bakı. 17 noyabr. REPORT.AZ/ Gürcüstanla Rusiya arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələri və avtobusların hərəkəti qadağan edilib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Gürcüstandan Rusiyaya gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatması üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib.

Hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.

Son xəbərlər

Orphus sistemi