Silva Stipiç Kobal: "Azərbaycanda Xorvatiyanın 14 aparıcı şirkəti qeydiyyatdan keçib"

Biznes
  • 12 mart, 2024
  • 13:44
Silva Stipiç Kobal: Azərbaycanda Xorvatiyanın 14 aparıcı şirkəti qeydiyyatdan keçib

Azərbaycanda Xorvatiyanın 14 böyük şirkəti qeydiyyatdan keçib və hazırda onlardan 9-u enerji, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu Xorvatiya İqtisadiyyat Palatasının Biznesin Beynəlmiləlləşməsi Mərkəzinin direktoru Silva Stipiç Kobal bu gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda deyib.

O bildirib ki, 2017-ci illə müqayisədə iki ölkə arasıda ticarət dövriyyəsi 4 dəfə artıb: "Hazırda Xorvatiya şirkətləri Azərbaycanda IT, enerji, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərir".

44 filmi