“Silk Vey Vest Aviaşirkəti” maliyyə vəziyyətini açıqlayıb

Biznes
  • 27 sentyabr, 2024
  • 11:34
“Silk Vey Vest Aviaşirkəti” maliyyə vəziyyətini açıqlayıb

“Silk Vey Vest Aviaşirkəti” MMC bu ilin I yarısını 77,911 milyon manat xalis mənfəətlə başa vurub.

Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 7,7 dəfə çoxdur.

Yanvar-iyun aylarında “Silk Vey Vest Aviaşirkəti”nin vergiyəqədərki mənfəəti 93,617 milyon manat (1 il əvvələ nisbətən 3,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 15,706 milyon manat (3,5 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “Silk Vey Vest Aviaşirkəti”nin aktivləri 3 milyard 242,011 milyon manat olub ki, bu da illik müqayiəsədə 24,1 % çoxdur. Hesabat dövründə aviaşirkətin öhdəlikləri 36,3 % artaraq 1 milyard 591,863 milyon manata, balans kapitalı 14,2 % artaraq 1 milyard 650,148 milyon manata çatıb.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 179,387 milyon manat, təsisçiləri isə “Silk Vey Aviaşirkəti” (98%) və “Silk Way Development” (2%) MMC-lərdir.

Son xəbərlər

Bütün Xəbər Lenti