Şəxsi istifadə üçün mal idxalının sərtləşdirilməsi gömrük rüsumlarını artırıb

Şəxsi istifadə üçün mal idxalının sərtləşdirilməsi gömrük rüsumlarını artırıb ​​​​​​​Ötən il Azərbaycanda gömrük rüsumları üzrə proqnoz 11,7 % çox icra olunub
Biznes
24 May , 2021 11:00
Şəxsi istifadə üçün mal idxalının sərtləşdirilməsi gömrük rüsumlarını artırıb

Ötən il Azərbaycanda gömrük rüsumları üzrə 910 milyon manat proqnoza qarşı 1 milyard 016,6 milyon manat və ya 106,6 milyon manat (11,7 %) çox icra olunub ki, bu da 2019-cu illə müqayisədə 92,9 milyon manat və ya 8,4 % azdır.

“Report” xəbər verir ki, bu barədə “2020-ci il üzrə dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, gömrük rüsumlarının proqnozla müqayisədə çox icra olunmasının əsas səbəbi faktiki illik idxalın dövlət büdcəsinə yenidən baxıldıqdan sonra dürüstləşdirilmiş makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan çox olmasıdır. Belə ki, 2020-ci ildə idxalın dəyəri 10 milyard 303,9 milyon ABŞ dollarına qarşı icra 10 milyard 730,7 milyon ABŞ dolları və yaxud 426,8 milyon ABŞ dolları (4,1 %) çox olub. Eyni zamanda, gömrük rüsumuna cəlb olunan idxalın cəmi idxalda xüsusi çəkisi 41 % təşkil edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 6 % bəndi çoxdur.

Bununla yanaşı, Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersizya məqsədləri üçün nəzərədə tutulmayan malların gömrük sərhədlərindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli qərarına əsasən beynəlxlaq poçt göndərişləri və yaxud daşıyıcı şirkətlər vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən rüsum tutulmayan malların ümumi dəyərinin 1 000 ABŞ dollarından 300 ABŞ dollarına endirilməsinin artıma təsiri olub.

Son xəbərlər

Orphus sistemi