Azərbaycanın sərhəd-buraxılış məntəqələrindən keçən nəqliyyat vasitələrinin sayı 51% artıb

Azərbaycanın sərhəd-buraxılış məntəqələrindən keçən nəqliyyat vasitələrinin sayı 51% artıb Azərbaycan və Belarusun gömrük xidmətləri arasında məlumat mübadiləsi ilə bağlı razılıq əldə edilib.
Biznes
28 Noyabr , 2019 13:07
Azərbaycanın sərhəd-buraxılış məntəqələrindən keçən nəqliyyat vasitələrinin sayı 51% artıb

Azərbaycan və Belarusun gömrük xidmətləri arasında məlumat mübadiləsi ilə bağlı razılıq əldə edilib. 

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən təlimdə Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

Onun sözlərinə görə, bu razılaq yaxın vaxtlarda qüvvəyə minəcək.

DGK rəsmisi həmçinin "bir inspektor, bir nəqliyyat vasitəsi" layihəsi ilə bağlı statistik məlumatları açıqlayıb: "Bu layihənin tətbiqindən sonra sərhəd-buraxılış məntəqələrindən keçən avto- nəqliyyat vasitələrinin sayı kəskin artıb. Əgər, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində məntəqələrdən 1 265 563 nəqliyyat vasitəsi keçmişdisə, 2019-cu ilin eyni dövründə 1 905 002 nəqliyyat vasitəsi keçib - yəni 639 439 avtomobil (50,5%) çox".

Son xəbərlər

Orphus sistemi