"Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupun görüşü keçirilib

"Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupun görüşü keçirilib Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun onlayn iclası keçirilib.
Biznes
192
16 May , 2020 14:58
Sərhəddə ticarət indikatoru üzrə işçi qrupun görüşü keçirilib

Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Sərhəddə ticarət" indikatoru üzrə işçi qrupunun onlayn iclası keçirilib.

“Report” bu barədə Komitəyə istinadən xəbər verir. 

Məlumata görə, iclasda DGK sədrinin birinci müavini İsmayıl Hüseynov, DGK sədrinin müavini Cavad Qasımov, Komitənin aidiyyəti qurumlarının rəhbərləri, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı agentlikləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, "Ekvita", "BM Morrison Partners" və "Ernst & Young Azerbaijan" şirkətlərinin nümayəndələri iştirak edib.

İ.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi, iqtisadi və sosial islahatlar dönməz xarakter almaqla, cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb.

Qeyd olunub ki, makroiqtisadi sabitliyin əldə olunması istiqamətində atılan qətiyyətli addımlar,dövlət başçısının rəhbərliyi və bilavasitə nəzarəti ilə həyata keçirilən qabaqlayıcı tədbirlər COVID-19 pandemiyasının milli iqtisadiyyata təsirlərinin azaldılmasında, infeksiyanın kütləvi şəkildə yayılmasının qarşısının alınmasında mühüm rol oynayıb. İlk növbədə, insanların sağlamlığının qorunmasına, əhalinin sosial müdafiəsinin təmin edilməsinə, iqtisadiyyata dəyən zərərin minimuma endirilməsinə hesablanan bu siyasət beynəlxalq müstəvidə də təqdir olunur.

Sonra "Sərhəddə ticarət" indikatoru üzrə görülən işlər və gələcəkdə atılacaq addımlar barədə müzakirələr aparılıb və diqqətə çatdırılıb ki, ölkəmizdə son illər həyata keçirilən islahatlar beynəlxalq ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsinə münbit şərait yaradıb və ölkəmizin bu istiqamətdə beynəlxalq reytinq cədvəllərində mövqeyini möhkəmləndirib.

İclasda işçi qrupun 2020-ci ilin birinci rübündəki fəaliyyət planına uyğun olaraq görülən işlər, koronavirus pandemiyasının iqtisadiyyata və xarici iqtisadi fəaliyyətə göstərə biləcəyi təsirlərin qarşısının alınması ilə bağlı həyata keçiriləcək qabaqlayıcı tədbirlər, Nazirlər Kabinetinin 165 nömrəli qərarı ilə təsdiq edilmiş "Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə DGK-ya məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı" qaydaları müzakirə edilib. Eyni zamanda "Sərhəddə ticarət" indikatoru üzrə vaxt və xərclərə dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi