Səməd Bəşirli: "Metrologiyanın vəzifəsi elmi əsaslandırılmış metod və cihazların tətbiqi ilə sahibkarların ehtiyaclarının qarşılamaqdır"

Səməd Bəşirli: "Metrologiyanın vəzifəsi elmi əsaslandırılmış metod və cihazların tətbiqi ilə sahibkarların ehtiyaclarının qarşılamaqdır" Azərbaycan iqtisadiyyatının müasir inkişafı, sahibkarlıq sahələrinin kəmiyyətinin və məzmununun genişlənməsi keyfiyyətli metroloji xidmətlərin tətbiqini tələb edir.
Biznes
20 May , 2024 11:27
Səməd Bəşirli: Metrologiyanın vəzifəsi elmi əsaslandırılmış metod və cihazların tətbiqi ilə sahibkarların ehtiyaclarının qarşılamaqdır

Azərbaycan iqtisadiyyatının müasir inkişafı, sahibkarlıq sahələrinin kəmiyyətinin və məzmununun genişlənməsi keyfiyyətli metroloji xidmətlərin tətbiqini tələb edir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Milli Metrologiya Forumu"nda deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın inkişafı fonunda sahibkarlıq subyektlərinin, müəssisələrinin metroloji ehtiyaclarının qarşılanması hazırda metrologiya sahəsinin başlıca vəzifəsi kimi çıxış edir: "Metrologiyanın hazırkı vəzifəsi elmi əsaslandırılmış metod və cihazların tətbiqi ilə sahibkarlıq subyektlərinin metroloji xidmət ehtiyaclarının qarşılanmasıdır. Bu üsul və vasitələrin köməyi ilə məhsul istehsalının bütün mərhələlərində texnoloji proseslər haqqında dəqiq informasiyalar almaq, istehsal olunan məhsulun keyfiyyət göstəricilərini yaxşılaşdırmaq nəzərdə tutulur".

S.Bəşirli əlavə edib ki, hazırda ölkədə yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib: "Bu isə ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafının əhəmiyyətindən xəbər verir".

Son xəbərlər

Orphus sistemi