“Şəki Şərab”da dövlətə məxsus pay investisiya müsabiqəsinə çıxarılıb

“Şəki Şərab”da dövlətə məxsus pay investisiya müsabiqəsinə çıxarılıb İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Şəki Şərab” MMC-nin dövlətə məxsus 3 898 812 manat dəyər
Biznes
25 Noyabr , 2021 14:22
“Şəki Şərab”da dövlətə məxsus pay investisiya müsabiqəsinə çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Şəki Şərab” MMC-nin dövlətə məxsus 3 898 812 manat dəyərində olan payı və əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, müəssisənin nizamnamə kapitalı 4 500 000 manat, öhdəlikləri 535 744 manat, debitor borcları 233 245 manat təşkil edir.

Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi məbləği 4,2 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.

İddiaçılar dövlət payının alınmasına görə büdcəyə 1,6 milyon manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir. İddiaçıdan müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 1 milyon manat məbləğində vəsaitin beh olaraq ödənilməsi tələb edilir.

Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində cəmiyyətin dövlətə məxsus payı üzrə alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür https://bit.ly/3l5dwTz

İddiaçıların ərizə və təkliflərinin qəbulu 23 dekabr 2021-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:00-a qədər ƏMDX-da (ünvan: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50) aparılacaq. Komissiya təklifləri 24 dekabr 2021-ci il tarixində saat 12:00-dan başlayaraq həmin ünvanda qiymətləndirəcək.

Son xəbərlər

Orphus sistemi