Şəki bazarının rəhbərliyi yenidən formalaşdırılacaq

Şəki bazarının rəhbərliyi yenidən formalaşdırılacaq Bazarın səhmdarlarının yığıncağı çağırılıb
Biznes
4 May , 2017 14:09
Şəki bazarının rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 4 may. REPORT.AZ/ “Şəki-Bazar” ASC-nin səhmdarlarının iyunun 20-də, saat 15:00-da növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Şəki şəhəri, Sabit Rəhman küçəsi, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi, maliyyə hesabatının və mühasibat balansının təsdiqi, mənfəətdən səhmdarlara ayrılmış dividendin təsdiqi, İdarə Heyətinin və maliyyə–təftiş komissiyasının seçilməsi və cari məsələlər daxildir.

Xatırladaq ki, “Şəki-Bazar” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 147 788 manatdır. 

Son xəbərlər

Orphus sistemi