Səfir: "Cənubi Koreya Qarabağın bərpası işlərində Azərbaycanın mühüm tərəfdaşıdır"

Səfir: "Cənubi Koreya Qarabağın bərpası işlərində Azərbaycanın mühüm tərəfdaşıdır" Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda Koreyanın ən böyük iqtisadi və ticarət tərəfdaşıdır.
Biznes
30 May , 2022 17:19
Səfir: Cənubi Koreya Qarabağın bərpası işlərində Azərbaycanın mühüm tərəfdaşıdır

"Cənubi Koreya işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpası işlərində Azərbaycanın mühüm tərəfdaşlarından biridir".

“Report” Koreya mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov deyib.

Azərbaycan və Koreya arasında yüksək səviyyəli əlaqələrin Cənubi Qafqaz regionunda dinamik və unikal olduğunu qeyd edən R.Teymurov bildirib ki, hazırda Azərbaycan Cənubi Qafqaz regionunda Koreyanın ən böyük iqtisadi və ticarət tərəfdaşıdır.

"Azərbaycan Koreya tərəfindən rəsmi inkişaf yardımının (RİH) ayrılması baxımından da əsas tərəfdaş ölkələrdən biridir. Azərbaycanda Koreya səfirliyi ilə yanaşı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Koreyanın Ticarət və İnvestisiya Təşviqi Təşkilatının (KOTRA) ofisləri də uğurla fəaliyyət göstərir", - səfir bildirib.

R.Teymurov qeyd edib ki, Azərbaycanda əsasən tikinti, ticarət və nəqliyyat sahələrində fəaliyyət göstərən 74 Koreya şirkəti qeydiyyatdan keçib: "Eyni zamanda Koreya şirkətləri ölkəmizdə dövlətə məxsus layihələrdə podratçı kimi iştirak edirlər”.

Koreyanın iqtisadi məsələlər üzrə nazirinin müavini Yun Seong-deok bildirib ki, dünya COVID-19, iqlim dəyişikliyi və enerji keçidi kimi bir sıra transmilli problemlərlə üz-üzədir: “Mənim hökumətim müxtəlif böhranları fürsətə çevirmək üçün Azərbaycanla yaxından işləməyə və əlaqə saxlamağa hazırdır və buna ehtiyac var”.

Son xəbərlər

Orphus sistemi