Səfir azərbaycanlı sərmayədarları Fransaya sərmayə yatırmağa çağırıb

Səfir azərbaycanlı sərmayədarları Fransaya sərmayə yatırmağa çağırıb "Business France" Fransanın biznes imkanlarının təqdimatını həyata keçirib
Biznes
4 Noyabr , 2016 11:33
Səfir azərbaycanlı sərmayədarları Fransaya sərmayə yatırmağa çağırıb

Bakı. 4 noyabr. REPORT.AZ/ "Fransa sərmayələrin cəlb edilməsi baxımından Avropanın aparıcı ölkələrindən biridir və Azərbaycan da Fransaya sərmayə yatıran ölkələr sırasındadır".

"Report" xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe hər il təşkil edilən "Fransaya sərmayələr ayı" çərçivəsində Bakıdakı Fransız İnstitutunda keçirdiyi mətbuat konfransında deyib.

Fransa səfiri ölkə prezidentləri və nazirləri arasında mütəmadi olaraq görüşlərin keçirildiyini, eləcə də 2016-cı ildə Azərbaycana 35 Fransa şirkətlərindən nümayəndə heyətinin gəldiyini xatırladıb. O.Buşe azərbaycanlı sərmayədarları Fransaya sərmayə yatırmağa çağırıb və bunun hər iki ölkə üçün faydalı olacağını ifadə edib. O, Fransada investisiya yatırmaq üçün hər cür şəraitin, imkanın olduğunu bildirib: "Bizim üçün Fransaya sərmayə yatırılması önəmlidir. Bu, sadəcə, kapital axını yox, həm də təcrübə mübadiləsidir".

O.Buşe Fransaya sərmayə qoyan Azərbaycan şirkətlərinin, həmçinin məhsullarının növbəti ixracı ilə Avropa bazarına çıxış imkanı əldə etmələrini vurğulayıb: "Avropa 500 milyon istehlakçısı olan böyük bazardır. Avropalı istehlakçılara məhsulları çatdırmaq üçün Parisdən bir saatlıq yol qət etmək də kifayətdir".

Ardından "Business France" Dövlət Agentliyinin nümayəndəsi Fransanın biznes imkanlarının təqdimatını həyata keçirib.

Son xəbərlər

Orphus sistemi